METBUAT24.az



05 Yan
2022
14:00
649



Mikayıl Cabbarov: “İnvestisiya Holdinqinin idarəetməsində olan şirkətlərin vəziyyəti yaxşılaşır”

"Dövlət Neft Şirkəti (SOCAR) də daxil olmaqla 4 iri dövlət şirkətinin maliyyə nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə olunur, bu meyl güclənirr".

Xeberoxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, ötən müddətdə Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində korporativ idarəetmə islahatlarına start verilib.

"Hazırda bu şirkətlərin fəaliyyətinin maliyyə nəticələrinin yaxşılaşdırılmasına və şəffaflığın artırılmasına yönəlmiş kompleks fəaliyyət planı həyata keçirilir. Bu günə qədər 9 şirkətdə Müşahidə Şurası yaradılıb, birinin tərkibi dəyişdirilib. Holdinqin idarəetməsinə verilmiş 8 dövlət müəssisəsinə beynəlxalq məsləhətçilər cəlb edilməklə hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyət nəticələrinin diaqnostikası aparılıb. Hazırda 3 şirkətdə bu proses tamamlanmaqdadır. Diaqnostika əsasında təkmilləşdiriləcək sahələr və həll ediləcək məsələlər üzrə tədbirlər planı hazırlanır. Portfel şirkətlər üzrə korporativ strategiyaların hazırlanması, illik və ortamüddətli səmərəlilik göstəriciləri və maliyyə dayanıqlığının artırılması üzrə hədəflərin müəyyən olunması,habelə divident siyasətinin hazırlanması tədbirlər planının mühüm istiqamətlərini təşkil edir", - deyə o, qeyd edib.

"Holdinqin İdarəetməsinə verilmiş dövlət şirkətləri ölkə iqtisadiyyatının təməl müəssisələridir. Bu şirkətlərdə idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və iqtisadi səmərənin yüksəldilməsi , rəqabət qabiliyyətinin artırılması, maliyyə durumu və dayanıqlığın yaxşılaşdırılması əsas vəzifə olaraq müəyyənləşdirilib", - deyə M.Cabbarov əlavə edib.

Metbuat24.az

Bizimlə əlaqə saxlayın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb







Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var







Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb







Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün Metbuat24.az saytını izləyin. Metbuat24.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.



© Metbuat24.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@Metbuat24.az